Bahar Muradova: "WUF13 qlobal əməkdaşlıq üçün mühüm platformadır"


  • 12:34

"WUF13 çərçivəsində hər şey yüksək səviyyədə təşkil olunub. Burada iştirakçılar üçün bütün imkanlar yaradılıb ki, dünyada bu istiqamətdə gedən proseslərlə tanış olsunlar, öz mövqelərini ifadə etsinlər, suallar ünvanlayıb cavab alsınlar".

Bunu e-huquq.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Komitə sədri bildirib ki, forum dünyanın müxtəlif ölkələrindən nümayəndələri bir araya gətirməklə mühüm əməkdaşlıq platformasına çevrilib.

"Ən əsası, dünyanın 180-dən artıq ölkəsindən 50 minə yaxın nümayəndə burada iştirak edir. Bu forum dövlət rəsmilərini və dünya ictimaiyyətini narahat edən vacib məsələlər ətrafında fikir mübadiləsi aparmağa, müxtəlif təcrübələri öyrənməyə, birgə əməkdaşlıq və fəaliyyət istiqamətləri üzrə razılığa gəlməyə imkan yaradır", - deyə o qeyd edib.

B.Muradova vurğulayıb ki, forum çərçivəsində keçirilən çoxsaylı müzakirələr gələcək əməkdaşlıq baxımından mühüm nəticələr vəd edir.

"Mən hesab edirəm ki, bu günlər ərzində müxtəlif mövzularda keçirilən müzakirələr artıq konkret razılaşmalara doğru irəliləyir. Yekun sənədlər ölkələrin iradəsini ifadə etməklə insanların maraqlarına xidmət edəcək, onların daha yaşanıla bilən, əlçatan və inklüziv cəmiyyətlərdə yaşamalarına töhfə verəcək", - Komitə sədri qeyd edib.

Oxşar xəbərlər