- 12:49
"Mən Bakıya bu gün - WUF13-ün 5-ci günündə gəldiyim üçün hələ hər şeylə tam tanış deyiləm, hazırda mühitə uyğunlaşıram. Amma indiyə qədər gördüklərimə əsasən deyə bilərəm ki, Azərbaycan tədbiri çox yaxşı təşkil edib".
Bunu e-huquq.az-a açıqlamasında Keniyanın Moror bələdiyyəsinin meri Ceyms M. deyib.
Onun sözlərinə görə, bu forumun yaratdığı əsas imkanlardan biri müxtəlif ölkələri bir araya gətirməsidir: "Bu da şəhərsalma sahəsində müxtəlif təcrübələrin və biliklərin paylaşılmasına şərait yaradır. Eyni zamanda, dünya şəhərlərində mənzil və həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı ortaq baxış formalaşdırmağa kömək edir".
Merin sözlərinə görə WUF13-dən sonra ölkələr arasında əməkdaşlıq daha da artacaq: "Ölkələr bir-birindən çox şey öyrənir və belə forumlar əməkdaşlığı, həmçinin fikir mübadiləsini gücləndirir".
Ceyms M. xüsusilə mənzil məsələləri və müxtəlif ölkələrin bu sahəyə yanaşmasının çox maraqlı olduğunu söyləyib: "Bu bizə göstərir ki, problemləri fərqli yollarla həll etmək mümkündür və biz daha yaxşı nəticələr əldə edə bilərik".