"Mobil əhali üçün xüsusi planlaşdırma modellərinə ehtiyac var" - Mütəxəssis


  • 14:50

"Bu gün mühüm məsələlərdən biri mobil əhali üçün xüsusi planlaşdırma modelinin olmamasıdır".

E-huquq.az xəbər verir ki, bu fikirləri Namibiya Elm və Texnologiya Universitetinin Torpaq İdarəçiliyi üzrə professoru və Namibiyadakı Torpaq, Dolanışıq və Mənzil İnstitutunun (ILLH) direktoru Uchendu Eugene Chigbu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Akademiya və tədqiqat" adlı dəyirmi masada çıxışı zamanı səsləndirib.

O bildirib ki, Afrika şəhərlərində, xüsusilə Laqos kimi iri urban mərkəzlərdə mövsümi və səyyar işçi qüvvəsinin hərəkəti geniş yayılıb: "Qərbdən cənuba doğru hərəkət edən bu insanlar adətən eyni yaşayış məntəqəsinə geri qayıtmırlar. Bu isə daimi bir məkanda yaşamayan əhali üçün planlaşdırma aparılmasını şəhərsalma mütəxəssisləri baxımından çətinləşdirir".

Professorun sözlərinə görə, mövcud vəziyyət yeni yanaşmaların hazırlanmasını zəruri edir: "Əhalinin hərəkətini izləmək, həm şəhər, həm də kənd əraziləri üçün uyğun planlaşdırma həyata keçirmək məqsədilə yeni modellərin hazırlanmasına ehtiyac var".

Oxşar xəbərlər