"Əvvəlki forumlarla müqayisədə WUF13-də daha çox fəaliyyət və imkanlar var"


  • 11:58

“Bir neçə Ümumdünya Şəhərsalma Forumunda iştirak etmişəm. Lakin Bakıda keçirilən builki forum digərlərindən fərqlənir. Təşkilatçılıq çox yüksək səviyyədədir, məkanlar aydın şəkildə istiqamətləndirilib. Əvvəlki forumlarla müqayisədə burada daha çox fəaliyyət və imkanlar var”.

Bunu e-huquq.az-a açıqlamasında Keniyadan olan vətəndaş cəmiyyəti nümayəndəsi Maykl Kimoru deyib.

Onun sözlərinə görə, Ümumdünya Şəhərsalma Forumu şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın genişlənməsi üçün mühüm platformadır: “Biz inkişaf etdikcə forum da inkişaf edir. Xüsusilə “Urban Expo” sərgisində çoxlu iştirakçı yer alıb. Burada müzakirələr aparmağa, qərarlar qəbul etməyə və yeni əlaqələr qurmağa hazır insanlar var. Bu imkanlardan istifadə etməklə qlobal səviyyədə mühüm təşəbbüslər həyata keçirmək mümkündür. Bu forum yalnız bir istiqaməti əhatə etmir. İnsanlar burada qurulan əlaqələr vasitəsilə şəhər mühitinin inkişafına töhfə verə bilərlər”.

Maykl Kimoru forum çərçivəsində keçirilən müzakirələrin də əhəmiyyətini vurğulayıb: “Burada müxtəlif sahələrdən və fərqli səviyyələrdən olan insanlar öz təcrübələrini bölüşürlər. Bu isə çoxşaxəli və kəsişən mövzular üzrə geniş müzakirə platforması yaradır. Ümumilikdə bütün mövzular olduqca vacib idi və insanlar burada yeni əlaqələr qurmaq imkanı əldə etdilər”.

Keniyalı qonaq Bakıya ilk dəfə səfər etdiyini və şəhərdən xoş təəssürat aldığını da bildirib: “Bakıya ilk dəfədir gəlirəm və şəhəri çox bəyəndim. Bura özünəməxsus atmosferə malikdir, şəhər çox təmizdir. Yenidən Bakıya gəlmək istərdim. Amma növbəti dəfə tədbir üçün deyil, şəhərin mədəni məkanlarını gəzmək və Bakını daha yaxından tanımaq üçün səfər etmək istəyirəm”.

Oxşar xəbərlər