- 14:12
İlk olaraq Azərbaycan Respublikası hökumətinə Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını yüksək səviyyədə təşkil etdiyinə görə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu həftə ərzində göstərilən qonaqpərvərlik, təşkilatçılıq və liderlik həqiqətən nümunəvi idi.
E-huquq.az xəbər verir ki, bunu BMT-Habitatın İcraçı direktoru və Baş katib müavini xanım Ana Klaudiya Rosbax deyib.
Sizin bu prosesə sadiqliyiniz, WUF13-ü şəhərlərin gələcəyi üçün kritik bir dövrdə keçirilən həqiqətən qlobal toplantıya çevirdi.
Həmçinin son günlər ərzində göstərdikləri enerji, fəallıq və ortaq qətiyyətə görə bütün iştirakçılara — hökumətlərə, şəhərlərə, tərəfdaşlara, ekspertlərə, vətəndaş cəmiyyətinə, gənclərə və icmalara səmimi təşəkkürümü bildirirəm.
Bu sessiya bir daha göstərdi ki, Ümumdünya Şəhərsalma Forumu şəhərlərin gələcəyi naminə kollektiv fəaliyyət üçün həqiqətən qlobal platformadır.
Proqram boyunca çox yüksək iştirak və fəallıq müşahidə olundu.
176-dan çox ölkədən 57 mindən artıq iştirakçı forumda yer aldı, onların 15 mindən çoxu onlayn qoşuldu. Urban Expo sərgisini 1000-dən çox ziyarətçi gəldi. İştirakçıların 55 faizini qadınlar və qızlar təşkil etdi.
Biz 11 dövlət başçısını, 9 yüksək səviyyəli qonağı, 88 naziri, 76 nazir müavinini və 130 meri qəbul etdik. Ümumilikdə 579 sessiya keçirildi.
Urban Expo çərçivəsində 260 sərgi iştirakçısı, innovator və həll təklif edən qurum iştirak etdi və sərgi 74 mindən çox ziyarət qeydə aldı. Həftə ərzində forumu 865 media nümayəndəsi işıqlandırdı.