Anar Quliyev: "Azad edilmiş ərazilərdə dünyanın ən iddialı bərpa işlərindən birini həyata keçiririk"


  • 14:07

Biz işğaldan azad edilmiş ərazilərimizdə dünyanın ən iddialı bərpa işlərindən birini həyata keçiririk.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi bağlanışı ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışını təmin etmək üçün artıq 110-a yaxın şəhər, qəsəbə və kəndin baş planı təsdiqlənib, digər yaşayış məntəqələri üzrə planlar isə hazırlanmaqdadır.

Oxşar xəbərlər