Meksika səfiri Azərbaycana təşəkkür etdi


  • 14:12

"Meksika hökuməti və Mexiko şəhəri adından Azərbaycanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını yüksək səviyyədə təşkil etməsi münasibətilə təbrik edirəm".

E-huquq.az xəbər verir ki, bu fikirləri 2028-ci ildə WUF14-ə ev sahibliyi edəcək Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yekun mətbuat konfransında söyləyib. Səfir Azərbaycana minnətdarlığını bildirib.

"Azərbaycanın qonaqpərvərliyini bir daha gördük. Onlar bizi iş görüşlərinə yönəltdi, fikir mübadiləsində kömək etdi və hər addımda dəstək göstərdi. Xüsusilə gənc könüllülərə təşəkkür edirəm. 13-cü Forum Meksika nümayəndə heyətinin yüksək səviyyədə iştirakı ilə əhəmiyyətli oldu. Burada Şəhərsalma naziri, Mexiko meri, xarici işlər nazirinin müavini və digər hökumət nümayəndələri iştirak edirdi".

Səfir əlavə edib ki, Meksika WUF14-ə hazırlığa başlayır:

"Həmkarlarım dərhal geri dönərək bu məsuliyyəti üzərlərinə götürəcək. Məqsədimiz Bakıda olduğu kimi uğurlu forum təşkil etməkdir. Bütün hazırlıq işlərini aparacaq və aidiyyəti tərəfdaşlarla əməkdaşlıq edəcəyik. WUF14 14 ildən sonra yenidən Latın Amerikasına qayıdacaq" - deyə o əlavə edib.

Oxşar xəbərlər