Bakı-Tbilisi-Bakı qatarında ödənişsiz baqaj limiti açıqlandı


  • 15:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarında Komfort və Komfort+ siniflərində səyahət edən sərnişinlər çəkisi 23 kiloqramdan, Lüks sinifdə isə 30 kiloqramdan çox olmayan 1 ədəd baqajı ödənişsiz daşıya bilərlər.

Bu barədə e-huquq.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər.

Oxşar xəbərlər