Milli koordinator: Güclü tərəfdaşlıq sayəsində WUF13 uğurla keçirildi


  • 16:54

WUF13-ün uğurlu təşkili prosesində sıx əməkdaşlığa və göstərilən fasiləsiz dəstəyə görə UN-Habitat komandasına xüsusi təşəkkürümü bildirmək istərdim. Bu güclü tərəfdaşlıq sayəsində WUF13 dialoqu və davamlı gələcəyə olan ortaq öhdəliyimizi əks etdirən bir platformaya çevrildi.

E-huquq.az xəbər verir ki, bu sözləri WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində söyləyib.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin fədakar komandasına xüsusi təşəkkürünü bildirən mili koordinator deyib: "Sizin müstəsna fədakarlığınız və yorulmaz səyləriniz sayəsində missiyamızı nailiyyətə çevirdiniz və bu fövqəladə miqyaslı, rəngarəng və əhəmiyyətli Sessiyanın qüsursuz şəkildə həyata keçirilməsini təmin etdiniz".

Oxşar xəbərlər