“Tibbi maskadan istifadyəə görə cərimələmə Bakı Metropoliteninin səlahiyyətində deyil”.
E-huquq.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov bildirib.
O deyib ki, qərar veriləcəyi təqdirdə sərnişinlərin cərimələnməsini Bakı Metropoliten nəzdindəki polis şöbəsi yerinə yetirəcək: “Vətəndaş niyə tibbi maska taxmamalıdır? Biz artıq bununla bağlı xəbərdarlıq etmişik”.
Z. Hüseynov deyib ki, 25 metro stansiyasının 17-də aptek var: “Qalan stansiyalarda da səyyar maska satışı təşkil olunacaq. Eyni zamanda apteklərin səhər saat 6.00-da açılmasını xahiş etmişik. Sərnişinlərdən xahiş edirik ki, maskanı səhər saat 6.00-da deyil, qabaqcadan əldə etsinlər”.
