Ötən il Azərbaycanda ölkədə olma və yaşama qaydalarını pozan əcnəbilərin sayı açıqlanıb.
E-huquq.az-ın məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında deyilir.
2019-cu ildə ölkədə olma və yaşama qaydalarını pozan 11 564 əcnəbi müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Bundan əlavə 8 093 nəfər respublikanın hüdudlarından inzibati qaydada çıxarılıb.
