Ağsunun istedadlı məktəblilərindən olan, Ağsu şəhər sakini 9 yaşlı Bətül Ağayevanın biri-birindən maraqlı bir çox rəsm əsərləri var.
E-huquq.az xəbər verir ki, istedadlı Bətülün son iki rəsm əsəri isə onun doğma şəhəri olan Ağsuda fəaliyyət göstərən və bir çox brendləri ilə dünya bazarında tanınan "Az-Granata" MMC şirə və şərab emalı zavodunun bəzi brendlərinə həsr edilib.
Bətül bu rəsmləri hədiyyə olaraq zavoda təqdim edib. O, "Az-Granata" MMC-nin fəaliyyəti və məhsullarının dünyada tanınması nəticəsində Ağsu şəhərinin də tanındığını və bundan qürur duyduğunu bildirib.
Bətülün şirkətə olan hədiyyəsi "Az-Granata" şirkətinin rəhbərliyinin diqqətini çəkib. Şirkətin İdarə Heyətinin sədri Anar Bayramovun tapşırığı ilə hazırlanan təşəkkürnamə və bir neçə həvəsləndirici hədiyyələr şirkətin İctimaiyyətlə əlaqələr üzrə meneceri Ülvi Günəşli tərəfindən Ağayeva Bətül Kamran qızına təqdim edilib.


