Heydər Əliyev Fondunun nümayəndəsi REACT-C19 layihəsindən danışdı


  • 22 May 2020 09:47

"REACT-C19 layihəsinin tətbiqi Azərbaycanın beynəlxalq təşilatlarla uğurlu əməkdaşlıq siyasətinin bariz nümunəsidir".

E-huquq.az xəbər verir ki, bunu Heydər Əliyev Fondunun departament direktoru Soltan Məmmədov layihənin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, layihə ölkədə bütün sahələrdə davamlı həyata keçirilən islahatlar çərçivəsində prioritet yer tutan kadr potensialının gücləndirilməsi tədbirlərinin bir nümunəsidir:

"REACT-C19 layihəsi səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə paralel olaraq fədakarlıqla ön cəbhədə çalışan tibb işçilərimizin davamlı olaraq bilik və bacarıqlarının yüksəlməsi, beynəlxalq təcrübədən bəhrələnməsi və lazımi elmi-texniki dəstəyin alınması üçün çox önəmli dəstəkdir".

Qeyd edək ki, bir ay əvvəl Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və tapşırığı ilə Heydər Əliyev Fondu, TƏBİB və ÜST tərəfindən koronovirusla mübarizədə REACT-C19 layihəsinin icrasına başlanıb. Bu günə qədər 8 xəstəxananı əhatə edən layihədə Türkiyədə işləyən 19 azərbaycanlı həkim iştirak edib. Heyət iyunun sonunadək Azərbaycanın müxtəlif bölgələrində fəaliyyətini davam etdirəcək.

Oxşar xəbərlər