ÜST: Azərbaycanda koronavirusla mübarizəyə əlavə həkimlər cəlb oluna bilər


  • 22 May 2020 09:56

"REACT-C19 layihəsinin yekunları gələn ay təhlil olunacaq və əgər ehtiyac olsa əlavə həkimlər cəlb oluna bilər".

E-huquq.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransı deyib.

O bildirib ki, layihə iyunun sonunda yekunlaşdığından bu barədə onda dəqiq nəsə demək olar.

Heydər Əliyev Fondunun departament direktoru Soltan Məmmədov isə əlavə edib ki, layihədə iştirak edən həkimlər dövlət hesabına Türkiyədə oxuyan şəxslərdir: "Xaricdə oxuyan şəxslərin vətənə qayıdıb töhfə vermələri qürurvericidir".

Oxşar xəbərlər