Mirzayev&Partners
    AzGranata
    TRY
    USD
    EUR
    RUB
    0,2496
    1,7000
    1,8927
    0,0242
AZ
RU

TƏBİB sədri: "Bir sıra bölgələrdə pandemiyanın intensivliyi hələ də qalır"

"Günlər üzrə ümumi testlərdə müsbət nəticələrin sayı 1,5 faiz həcmində müşahidə olunur. Bir sıra bölgələrdə pandemiyanın intensivliyi hələ də qalır".

E-huquq.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

R.Bayramlı bildirib ki, bu günə qədər vəfat edənlər arasında 50-59 yaş arası 13 nəfər, 60-69 yaş arasında 15, 70-79 yaş arası 11, 80 yaşdan çox 5 nəfər olub. Aşağı yaş qrupunda vəfat edənlərin yanaşı gedən xəstəlikləri olub”.

CoronaVirus