Məzmuna keç

Milli Məclis 73 min manatlıq sifariş verdi

Milli Məclisin TV xidməti üçün lazım olan bir sıra avadanlıqların və ehtiyat hissələrinin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Telecast" MMC olub.

Məlumata görə, qalib şirkətə 73.296,47manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə