Azərbaycanda 10 milyondan artıq maska ehtiyatı var - YENİLƏNDİ


  • 29 May 2020 18:25

"Ölkəmizdə maska və dezinfeksiyaedici vasitələrin istehsalı kifayət qədər qənaətbəxş səviyyədədir".

E-huquq.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Həmçinin idxal prosesi də davam edir. Ölkəmizdə 10 milyondan artıq maska ehtiyatları var və bununla bağlı heç bir problem yoxdur”- deyə İ.Məmmədov bildirib.

***

18:01

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirir.

E-huquq.az-ın məlumatına görə, brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı iştirak edirlər.

Brifinqdə jurnalistləri maraqlandıran suallara cavab verilir.

Oxşar xəbərlər