TƏBİB: Yumşalma tədbirlərindən sonra isə artım qeydə alındı


  • 29 May 2020 18:23

"Aprel ayının əvvəlində yoluxma hallarında azalma müşahidə edilirdi. Yumşalma tədbirlərindən sonra isə artım qeydə alındı. Bu da təbiidir".

E-huquq.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB sədri vurğulayıb ki, 103-ə zəng edən simptomatik xəstələrin sayında da artım olub: "Say beynəlxalq statistikaya uyğundur. Dalğavari yüksəlişə nəzərə salsaq görərik ki, əhali tələb olunan qaydalara əməl etmir. Bunun qarşısını almaq üçün ya qaydalar tam sərtləşməli, ya da qaydalara düzgün əməl etməliyik. Sərtləşməni də müəyyən səbəblərdən edə bilmirik".

O bildirib ki, son zamanlar yoluxanların sayı sağalanların sayından çoxdur: "Ağır xəstələrin sayı artsa da, ölənlərin sayında ciddi artım olmayıb".

Oxşar xəbərlər