- 15:29
"Mayın 18-dən sonra testlərin sayında 4 faiz artım olub".
E-huquq.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, 0-9 yaş arası yoluxma 5 faiz olub: "Qadınların yoluxma faizi 54, kişilərdə isə 46 faiz təşkil edib".
R.Bayramlı qeyd edib ki, vəfat edənlərin 20 nəfəri 60-69 yaş arası, 17 nəfəri 70-79 yaş arası, 5 nəfəri isə 80 yaşın üzərində olub.