TƏBİB: Lokal xarakterli məhdudiyyətlərin tətbiq edilməsi nəzərdə tutulur


  • 29 May 2020 18:37

Bundan sonra ölkədə lokal xarakterli məhdudiyyətlərin tətbiq edilməsi nəzərdə tutulur.

E-huquq.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, adları sadalanan və yoluxma göstəricisi yüksək olan rayonlarda qaydalar daha da sərtləşdirilə bilər: "Bu barədə qərar masa üzərindədir. Ona görə də vətəndaşlar daha diqqətli olmalıdır"

Oxşar xəbərlər