Azərbaycanda həftəsonu sərt tədbirlər həyata keçirilə bilər - RƏSMİ


  • 29 May 2020 18:58

"Şənbə və bazar günləri sərt tədbirlərin həyata keçirilməsi gündəmdədir".

E-huquq.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, yaxın günlərdə yoluxma sayı artarsa respublika üzrə qısa müddətli qadağa tətbiq edilə bilər.

R.Bayramlı qeyd edib ki, sağalan şəxslərdən qan alınması müalicəsinə başlanılıb: "Bu üsul daha effektiv nəticə verib. Çox ağır və dərman müalicəsinə tabe olmayan şəxslərin həyata qayıtmasının şahidi olduq. Sağalan vətəndaşları yenidən qan verməyə dəvət edirik".

Oxşar xəbərlər