Nizami Səfərov: Ramil Səfərov barəsində verilən əfv fərmanı beynəlxlaq hüquqi razılşamadan irəli gəlir


  • 31 May 2020 12:08

Mayın 26-da Avropa İnsan Hüquqları Məhkəməsi “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” işi üzrə qərar çıxarıb. Həmin iş üzrə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilən Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiyası ilə bağlı müəyyən hadisələr baş verib.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov parlamentin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi qərarının çıxarılması təsadüfi xarakter daşımır və ona hazırlıq uzun illər əvvəl başlayıb: “Faktiki olaraq Ramil Səfərovun məsələsinə dair Avropa Parlamentinin 13 sentyabr 2002-ci il və AŞPA-nın “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Konvensiyadan sui-istifadə hallarının qarşısının alınması üçün tədbirlər haqqında 18 noyabr 2014-cü il tarixli qərəzli qətnamələri məhkəmənin bu işdə bir sıra cəhədlərə görə Avropa İnsan Hüquqları Müdafiəsi Sistemindən Avropa İnsan Hüquqları Məhkəməsi president hüququndan kənara çıxan qərarının verilməsinə yaşıl işıq yandırıb”.

Deputat bildirib ki, Azərbaycan Avropa Konvensiyasına qoşulan zaman “Beynəlxalq müqavilələr hüququ haqqında” 23 may 1969-cu il tarixli Vyana Konvensiyasının 19-cu maddəsinin tələblərinə uyğun olaraq 12-ci maddəyə dair qeyd-şərtlə çıxış edib: “Həmin qeyd-şərtə əsasən, Azərbaycandan məhkum olunan şəxs barəsində verilən əfv və amnistiya qərarı Azərbaycanın müvafiq səlahiyyətli orqanları ilə razılşadırılmalıdır. Konvensial maddə ilə belə bir qeyd-şərt Macarıstan tərəfindən edilməyib. Bununla bağlı tam məsuliyyətlə qeyd edə bilərəm ki, Azərbaycanın Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndindən irəli gələrək 31 avqust 2012-ci il ildə cənab Prezident tərəfindən Ramil Səfərov barəsində verilən əfv fərmanı birmənalı olaraq beynəlxlaq hüquqi razılşamadan irəli gəlir və dövlətimizin öz üzərinə götürdüyü öhdəliklərin hüquqi çərçivəsindədir”.

Oxşar xəbərlər