Azərbaycanda koronavirus (COVID019) pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar vergi güzəşt və azadolmaları qüvvəyə minib.
E-huquq.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklikləri təsdiq edib.
Dəyişikliklərə əsasən, müvəqqəti vergi rejiminin tətbiq edildiyi şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir:
– əmlak və torpaq vergiləri üzrə 100%;
– mənfəət (gəlir) vergisi üzrə 75%;
– Sadələşdirilmiş vergi üzrə 50%;
