İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "proqram kassa sisteminin avtomatlaşdırılmış informasiya sistemi" proqram təminatının təkmilləşdirilməsi və proqram təminatına texniki dəstəyin göstərilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
E-huquq.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Nuqa Development” ASC-dir.
Qalib şirkətə 986 min manat ödəniləcək.
