Məzmuna keç

Qərargah: Karantin rejiminin yumşaldılması prosesinin dayandırılması ilə bağlı məsələ aktuallaşır

“Son günlər ölkədə koronavirusla bağlı yoluxmanın dərəsəcinin artması müşahidə olunur”.

E-huquq.az-ın məlumatına görə, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, yoluxma və sağalma arasında fərq getdikcə artmaqdadır: “Bu, yeni situsiya yaradıb. Əsas fərq də vətəndaşların karantin rejiminin tələblərinə əməl etməməsidir. Tixarət mərkəzlərində, metroda insanlar karantin rejiminin qaydalarına əməl etmirlər. Buna görə də yenidən karantin rejiminin yumşaldılması prosesinin dayandırılması, o cümlədən yenidən məhdudlaşdırma qaydalarının qoyulması ilə bağlı məsələ aktuallaşır".