Karantin rejiminin sərtləşdirilməsi və yumşalma zərurətdən asılıdır.
E-huquq.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, hökumət bu məhdudiyyətləri istəmir, vətəndaşlar da istəmir: "Bu çox ciddi iqtisadi problemlərə apara bilər. Şükürlər olsun ki bu gün Azərbaycanda bununla bağlı heç bir iqtisadi problemimiz yoxdur. Vətəndaşlar 48 saatlıq ərzaq tədarükü görə bilər. Məhdudiyyət bizim sağlamlığımız üçündür".
