190 manat vəsaitin vətəndaşlara verilməsi aprel və may ayları üçündür.
E-huquq.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, amma yenidən məhdudlaşdırma olarsa, bu məsələyə baxıla bilər: "Bu barədə məhdudlaşma qərarından sonra məlumat veriləcək. Hələlik bu barədə heç nə deyə bilmərik".
