Parlament sədri həftəsonu qadağaları ilə bağlı vətəndaşlara müraciət etdi


  • 5 İyun 2020 11:24

Milli Məclisin sədri Sahibə Qafarova hər kəsi Operativ Qərərgah tərəfindən qoyulan qaydalara riayət etməyə çağırıb.

E-huquq.az-ın məlumatına görə, S.Qafarova bildirib ki, ölkəmizdə koronavirusun qarşısının alınması istiqamətində geniş tədbirlər həyata keçirilir.

"Bu məsələdə hər bir vətəndaş üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir".

Parlament sədri vurğulayıb ki, Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır.

Oxşar xəbərlər