Maliyyə naziri: “Hesablama Palatasının rəyinin bir hissəsi ilə qəti razı deyilik”


  • 5 İyun 2020 13:17

““2019-cu ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatlar üçün vacib məsələlərdən biri Hesablama Palatasının rəyidir”.

E-huquq.az xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında "2019-cu ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, Hesablama Palatasının rəyində razılaşmadığı müəyyən fikirlər var:

“Biz onların bəzisi ilə razıyıq, bəzisi ilə qəti razı deyilik. Amma bu, normal bir prosesdir. Fikrimcə, demokratiyanın bir növüdür. Biz bu məsələlərə çox hörmətlə yanaşırıq”.

Oxşar xəbərlər