“Sərt karantin günlərində vətəndaşlar zəruri dərmanları onlayn sifariş verməlidirlər”.
E-huquq.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, icazə sistemindən icazə alan apteklərin əlaqə nömrələri ictimaiyyətə açıqlanacaq:
"Vətəndaşların aptekə getməsi qadağandır. Biz vətəndaşlarımıza çağırış edirik ki, 2 günlük ehtiyaclarını, qida, su, dərman və s. əvvəlcədən alsınlar. Yəni onlayn apteklər o demək deyil ki, aidiyyatı olmayanda da o xidmətə müraciət edə bilərlər. Ötən praktikadan da məlum olduğu kimi vətəndaşlar bir çox hallarda zəruri, aidiyyatı olmayan hallarla bağlı müraciət edirdilər".
