Fələstin Səhiyyə Nazirliyi İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına endirdiyi zərbələr nəticəsində həyatını itirənlərin sayının 74 min 618-ə yüksəldiyini açıqlayıb.
E-huquq.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail ordusunun son 24 saat ərzində həyata keçirdiyi hücumlar nəticəsində 2 nəfər həyatını itirib.
Bundan başqa, daha əvvəl yaralanan 1 nəfərin də öldüyü bildirilib. Son sutka ərzində ümumilikdə 21 nəfər yaralanıb.
Nazirliyin məlumatında qeyd olunub ki, İsrail və HƏMAS arasında 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəs razılaşmasından sonra Qəzzada ölənlərin sayı 1 602-yə, yaralıların sayı isə 5 794-ə çatıb.
Fələstin Səhiyyə Nazirliyinin son məlumatına əsasən, İsrailin 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağına hücumları nəticəsində ümumilikdə 74 min 618 nəfər həlak olub, 175 min 920 nəfər isə yaralanıb.
Şəbnəm Mehdizadə
