“Məhkəmə-Hüquq Şurası tərəfindən korrupsiya hüquqpozmalarına qarşı mübarizəni ilkin addım kimi qənaətbəxş hesab etmək olar. Amma bu, yalnız ilkin addımlardır və görüləcək işlərin bir hissəsidir”.
Bunu e-huquq.az-a açıqlamasında vəkil Əkrəm Həsənov deyib.
Vəkil hesab edir ki, korrupsiya hallarının tamamilə ləğv edilməsi üçün əsas addım hakimlərin əmək haqqının kəskin artırılmasıdır: “Azərbaycanda ən yüksək maaşı hazırda sektor olaraq bank rəhbərləri alır. Onlar ayda 20-25 min manat maaş alırlar. Gərək hakimlərin maaşı da elə olsun. Heç kim də buna pis baxmalı deyil. Eyni zamanda hakim köməkçilərinin də maaşı artırılmalıdır. Çünki onlar insan taleyini həll edirlər”.
Ə.Həsənov korrupsiya hüquqpozmalarına yol verən hakimlərlə bağlı cəza tədbirlərinin sərtlaşdirilməsinin vacib olduğunu qeyd edib: “İkinci addm isə ondan ibarətdir ki, rüşvət alan hakim ömürlük azadlıqdan məhrum edilməlidir. Bir-iki nəfəri belə cəzalandırsalar, digərlərinə də nümunə olar. Digər tərəfdən hakimlərin əksəriyyətinin hüquqi biliyi aşağı səviyyədədir. Azərbaycanda hüquq ədəbiyyatı, hüuq fakultəsi üçün dərsliklər yoxdur. Düşünürəm ki, bu sahəyə vəsait ayırmaq lazımdır”.
