ANAMA yeni agentlik dövlət qeydiyyatına alınanadək fəaliyyət göstərəcək


  • 15 Yanvar 18:28

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) yeni agentlik dövlət qeydiyyatına alınanadək fəaliyyət göstərəcək.

E-huquq.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik və Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik öz fəaliyyətini davam etdirəcək.

Fərmanda qeyd edilib ki, Nazirlər Kabineti Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görəcək.

Oxşar xəbərlər