Xocavənddə və Talış kəndində itkin erməni hərbçilərin meyitləri aşkarlandı


  • 16 Yanvar 20:07

Azərbaycan tərəfi ikinci Qarabağ müharibəsində həlak olmuş iki erməni hərbçinin meyitini Ermənistana təhvil verib.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, onlar bu günə kimi itkin düşmüş sayılırdılar.

Bununla da Qarabağda meyitləri tapılan erməni hərbçilərin sayı 1 232 nəfərə çatıb.

Qeyd edək ki, bunlar itkin sayılan erməni hərbçilərin sayıdır. Ermənistanın Səhiyyə Nazirliyi daha əvvəl müharibədə həlak olmuş 3 300-dən çox hərbçinin meyitinin ekspertizadan keçirildiyini xəbər verib.

Bu gün itkin erməni hərbçilərin axtarışları Şuşada, Hadrutda, Cəbrayılda və Füzulidə də davam etdirilib.

Oxşar xəbərlər