ÜST: Dünyada bir gündə 683 mindən çox insanda koronavirus aşkarlanıb


  • 17 Yanvar 23:00

Dünyada COVID-19-a yoluxanların sayı 93,19 milyon nəfəri ötüb

E-huquq.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 93 194 922 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 2 014 729 insan ölüb.

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 683 378 nəfər təşkil edib. Son sutkada mülaicə alan daha 12 893 pasiyent təhlükəli infeksiyadan ölüb.

Son 24 saat ərzində infeksiyaya yoluxanların 60 faizindan çoxu Şimali və Cənubi Amerikada (406 967), daha sonra Avropada (181 073), ardından isə Cənub-Şərqi Asiyada (31 862) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxşar xəbərlər