Azərbaycan üç erməni təxribatçını azad edib - Prezident İlham Əliyevin növbəti humanist addımı


  • 4 May 2021 18:45

Prezident İlham Əliyevin nümayiş etdirdiyi humanizm siyasətinə uyğun olaraq, Azərbaycan Qarabağ müharibəsindən sonra saxlanılan təxribatçı erməni hərbçilərdən üçünü azad edib.

E-huquq.az xəbər verir ki, yaxın saatlarda həmin şəxslər Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovun müşayiəti ilə Bakıdan Yerevana yola salınacaq.

Qeyd olunur ki, azad olunanlar Rovert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyandır.

Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan tərəfinin göstərdiyi humanizm müqabilində Ermənistan bu günədək Qarabağda minalanmış ərazilərin xəritəsini verməyib.

Oxşar xəbərlər