Xırdalanda vaqon yandı - YENİLƏNDİ


  • 18 May 2021 10:46

Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 32 m² olan dəmir konstruksiyadan ibarət vaqonun içərisinə yığılan əşyalar yanıb.

E-huquq.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Xırdalanda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) e-huquq.az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində vaqon tipli tikilidə yanğın olması barədə məlumat daxil olub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər