Məzmuna keç

Mövlud Çavuşoğlu: “Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün tvitterdəki səhifəsində futbol üzrə Türkiyə və Azərbaycan yığmaları arasında bu gün keçirilmiş beynəlxalq yoldaşlıq oyunu ilə bağlı paylaşım edib.

E-huquq.az xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri yazıb: "Alanyada itirən yoxdur. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı. Avro-2020-də öz evimizdə – Bakıdayıq! Can Azərbaycana ev sahibliyində uğurlar, bizim uşaqlar, milli komandalar”

Mövlud Çavuşoğlu paylaşımına Türkiyə və Azərbaycan bayraqları nişanını da əlavə edib.