Məzmuna keç

İstanbul körpüləri Azərbaycan bayrağının rənglərinə bürünüb –

28 May – Respublika Günü münasibətilə İstanbulun rəmzləri sayılan “15 İyul Şəhidlər”, “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır.

E-huquq.az xəbər verir ki, aksiya ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü ilə keçirilir.

Mayın 27-si və 28-i keçiriləcək aksiya zamanı dünyanın ən böyük meqapolislərindən olan İstanbulun Avropa və Asiya sahillərini birləşdirən körpülərində Azərbaycan bayrağının rəngləri əks olunacaq.