Məzmuna keç

Metroda tibbi maskadan düzgün istifadə etməyənlər cərimələnəcək –

“İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda tibbi maska taxılmalı və sosial məsafə gözlənilməlidir.

E-huquq.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin metroda sərnişindaşımanın fəaliyyətinin bərpası ilə bağlı yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, tibbi maskadan düzgün istifadə etməyən sərnişinlər qanunvericiliyə müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaqlar.