Məzmuna keç

Lukaşenko Azərbaycan nümayəndə heyətini təbrik etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 28-də Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

E-huquq.az MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədovun da iştirak etdiyi tədbirin əvvəlində A.Lukaşenko Azərbaycan nümayəndə heyətini 28 May – Respublika Günü münasitəbilə təbrik edib.

Bundan sonra o, tədbir iştirakçılarını salamlayıb və nitqi ilə çıxış edib.