“Füzuli beynəlxalq hava limanına yaxınlaşırıq. Sol tərəfdə aerovağzal kompleksidir. Qabaqda uçuş-enmə zolağı. Cəmi bir neçə ay ərzində artıq hava limanı demək olar açılışa hazırlaşır”.
E-huquq.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İşğaldan azad olunmuş ərazilərə növbəti səfər zamanı deyib.
“Hava limanının inşası bu il başlayıb v ə mən demişdim ki, bu il Füzuli beynəlxalq hava limanı istifadəyə veriləcək. Bəlkə də dünyada heç bir hava limanı bu cür sürətli templə tikilməmişdir. Uçuş-enmə zolağı da artıq hazırdır. Burada son tamamlanma işləri aparılır. Bir də qeyd etmək istəyirəm – bu il mən hava limanının təməlini qoydum. İndi isə artıq gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır”, – deyə Azərbaycanın dövlət başçısı bildirib.
Qeyd edək ki, dövlət başçısının videogörüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.
