Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib.
E-huquq.az xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş ərazilərə növbəti səfər ediblər.
