Məzmuna keç

Milli Məclisin sədri Estoniya Parlamentinin Prezidenti ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Estoniya Parlamentinin Prezidenti Yuri Ratasla görüşüb. Görüşdə "Şərq Tərəfdaşlığı"nın gələcəyi müzakirə olunub.

E-huquq.az-ın məlumatına görə, bu barədə Y.Ratas "Twitter" səhifəsində bildirib.

Estoniya Parlamentinin Prezidenti qeyd edib ki, oktyabrda Estoniya-Azərbaycan Parlamentlərarası işçi qrupu Azərbaycana səfər edəcək.