Məzmuna keç

Prezident Administrasiyasına yeni sektor müdiri təyin olundu

Prezident Administrasiyasında Qeyri-hökumət təşkilatları və Kommunikasiya şöbəsinə yeni sektor müdiri təyinatı olub.

E-huquq.az xəbər verir ki, şöbənin Rəqəmsal media ilə iş sektoruna Elmir Vəlizadə müdir təyin edilib.

Qeyd edək ki, Elmir Vəlizadə bundan öncə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsində çalışıb.