Qırğızıstandan sonra ölkəyə qayıdan Türkiyə prezidentin köməkçisi Fuat Oktay yerli vaksin haqqında açıqlama verib.
E-huquq.az-ın məlumatına görə, Fuat Oktay Turkovacın üçüncü klinik sınaq mərhələsinin Qırğızıstan Respublikasında həyata keçirilməsi ilə bağlı ölkə başçısı Sadır Japarov ilə razılığa gəlindiyini bildirib.
Onun sözlərinə görə:"Peyvəndin kliniki sınaqlarının üçüncü mərhələsi ilə əlaqədar olaraq Pakistan, Azərbaycan, Argentina, Kolumbiya və Polşa daxil olmaqla bir çox ölkə ilə danışıqlar davam edir. TURKOVAC-ın bütün dünyada istifadə edilən vaksin kimi tanınması üçün lazımi addımlar atılmaqdadır", -deyə bildirib.
