Sabah Bakıda hərbçilərin yürüşləri təşkil olunacaq


  • 14 Sentyabr 21:04

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə sentyabrın 15-i saat 10.00-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyindən e-huquq.az-a məlumat verilib.

Qeyd edək ki, Bakıda keçiriləcək yürüşlərə iki istiqamətdən - Şəhidlər Xiyabanından və 28 may küçəsindəki Səməd Vurğun bağından start götürüləcək.

Oxşar xəbərlər