Bakıda çürümüş meyit aşkarlandı - RƏSMİ


  • 15 Sentyabr 2021 23:44

Paytaxtın Yasamal rayonu, kənar dairəvi yol, Qanlıgölün qərb hissəsində, köməkçi yolun sağ kənarında yerləşən təpəliyin təxminən yerdən 8 metr hündürlüyündə olan qatları arasında 3 ədəd insan kəllə sümüyünə bənzər qalıqların, o cümlədən insan skeletinin digər hissələrinin aşkar olunması faktı ilə bağlı hazırda Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Bunu e-huquq.az-a Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib.

O bildirib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə əraziyə baxış keçirilmiş, aşkar olunmuş insan skeletinə bənzər sümüklər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmişdir.

Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

Oxşar xəbərlər