“Üç qardaş - 2021” təliminin növbəti mərhələsi icra edildi


  • 17 Sentyabr 2021 22:13

Azərbaycan, Türkiyə və Pakistan Respublikaları arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Üç qardaş - 2021” beynəlxalq təliminin növbəti mərhələsi uğurla icra olunub.

Bu barədə e-huquq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Təlimin planına uyğun olaraq xüsusi təyinatlılar döyüşə hazır vəziyyətə gətirilərək bölmələrimizin müdafiəsinin dərinliyinə daxil olan şərti düşmən qruplaşmasının məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər.

Sentyabrın 20-dək davam edəcək təlimlərin bu mərhələsində də qardaş ölkələrin xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Oxşar xəbərlər