Müştərilərə qəlyan xidməti göstərən “playstation” aşkarlandı


  • 18 Sentyabr 2021 09:35

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisindəki “Playstation” oyun-əyləncə mərkəzində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halı aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan e-huquq.az-a verilən məlumata görə, karantin qaydalarının pozulduğu həmin obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılmasından ötrü Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Oxşar xəbərlər